Maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq

Maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq
"Sentyabrın 1-dən maaş artımları üçün dövlət büdcəsindən 780 milyon manat vəsait ayrılacaq”.

"Report”un xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, bu il ərzində minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılıb: "Bu sahədə il ərzində iki dəfə artım olub. Cənab Prezidentin imzaladığı inqilabi sosial paket 2 milyona qədər insanı əhatə edir. Bunun maliyyə tutumu isə 1 milyarda yaxındır. Bu da sosial vəziyyətin daha da yaxşılaşdırılması deməkdir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az