Maştağada narkoplantasiya aşkar edilib – FOTO

Maştağada narkoplantasiya aşkar edilib – FOTO

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Əliyevsaxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus qəsəbə ərazisində yerləşən bağ evinin həyətindəki ümumi sahəsi1800kvadratmetr olan 3 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi1 ton 104 kiloqramolan7190ədəd çətənə kolu aşkar edilib.
V.Əliyev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Axtarış zamanı V.Əliyevə məxsus istixanalardan əlavə olaraq qurudulmuş formada satış üçün nəzərdə tutulan5 kiloqram 100 qramnarkotik vasitə marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az