Məcburi köçkün ailəsindən Mehriban Əliyevaya müraciət: Bizi xilas edin - Fotolar

Məcburi köçkün ailəsindən Mehriban Əliyevaya müraciət: Bizi xilas edin - Fotolar
26 ildir Beyləqan rayonu 37 saylı Yol İstismar İdarəsinin ərazisində məskunlaşan Füzuli rayon Veysəlli kəndindən məcburi köçkün düşmüş Tanverdiyevlər ailəsi Birinci vitse prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. 

Müraciətdə ailə başçısı İbadət Tanverdiyev Birinci vitse prezident Mehriban xanım Əliyevaya yazaraq bildirir ki, 26 ildir çiy kərpicdən tikdikləri daxmada məskunlaşıblar. Bu 26 ildə dövlətə, Heydər və İlham Əliyev siyasətinə olan inamlarını itirməyən Tanverdiyevlər ailəsi yaşadıqları daxmadan qurtulmaq üçün dəfələrlə Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinə müraciətlər etmələrinə baxmayaraq onları saya salan yoxdur. 

İbadət Tanverdiyev yazır: Hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva ailəmizin ümidi və inamı SİZƏDİR. Məhz prezidentimiz İlham Əliyevin və Sizin sayənizdə biz məcburi köçkünlərin sosial problemləri öz həllərini tapmaqdadır. 

Çox hörmətli Mehriban Əliyeva yazıb sizdən xahiş edirəm ki, ailəmizin 26 illik acınacaqlı vəziyyətinə son qoyulmasına köməklik göstərin. Hazırda Xocavənd qəsəbəsində məcbui köçkünlər üçün yeni şəhərcik salınıb və tikilən mənzillər bu ay məcburi köçkünlərə veriləcək.
Dəyərli Birinci vitse prezident sizdən Xocavənd qəsəbəsində yeni inşa edilən şəhərcikdə ailməzə mənzil verilməsinə köməklik göstərmənizi xahiş edirik. 

Bizim ümidimiz yalnız SİZSİNİZ.

Hörmətlə məcburi köçkün ailə başçısı İbadət Tanverdiyev
Əlaqə nömrəsi: (050) 407-86-04




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az