Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib.

Radikal dini təriqətlərdən birinə mənsub olan Samir xarici ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrə qoşulduğu üçün onun barəsində cinayət işi açılıb və axtarışa verilib. Daha sonra isə o, Dağıstan ərazisində tutulub.

Məlumata görə, Samir İbrahimovla birgə İŞİD terror təşkilatının üzvləri: Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov və Şamil Maqomedov da tutulub.

Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az