Millət vəkili: Bu, şərəfsizlik və xainlikdir...

Millət vəkili: Bu, şərəfsizlik və xainlikdir...

Mübariz İbrahimovu cinayətkar adlandırmaq şərəfsizlik və vətənə xəyanətdir. O, Azərbaycanın Milli Qəhramanı və xalqın igid oğludur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Xədicə İsmayılın Ramil Səfərovla bağlı geniş əks-reaksiya doğuran statusundan sonra Milli Qəhrəman Mübariz İbrahimovun da adının hallandırılmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycanın milli qəhrəmanlarına dil uzadanlar erməni mövqeli xain, şərəfsiz insanlardır:

"Mübariz İbrahimovun etdiyi sırf cəbhə xəttində baş vermiş hadisədir. Hadisə Ermənistan torpağında baş verməyib, öz torpaqlarımızda olub. Azərbaycan ərazisinə soxulmuş düşməni məhv eləmək hər bir hərbçinin vəzifə borcudur. Mübariz İbrahimov da bu vəzifəni şərəflə yerinə yetirib. Ümumiyyətlə, Ramil Səfərov və Mübariz İbrahimovu cinayətkar adlandırmaq şərəfsizlikdir, bunun başqa adı yoxdur. Bu cür çıxış edənlər erməni mövqeyindən məsələyə baxanlardır. Onlar bu söhbətləri qabardaraq özlərini göstərməyə çalışır ki, guya bunlar insansevər və demokratdırlar”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az