Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb - Nazir

Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb - Nazir
Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

Miq.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.
Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.
S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.

O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramının idən-ilə dəfələrlə genişlənib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az