Mnatsakanyan Lavrovla danışdı, təzyiqi qalxdı

Mnatsakanyan Lavrovla danışdı, təzyiqi qalxdı

Keçən həftə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın səhhəti gözlənilmədən pisləşib və onun üçün təcili tibbi yardım çağırılıb.

Axar.az xəbər verir ki, bu məlumatı "168 Jam” qəzeti yayıb.

Məlumata görə, nazirliyə gələn həkimlər Mnatsakanyanda qəfil artan arterial təzyiq müşahidə ediblər.

Qəzetin mənbəsi Mnatsakanyanın təzyiqinin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ağır telefon danışığından sonra artdığını bildirib. Qəzet telefon danışığının detalları haqqında məlumat yaymayıb, ancaq bu danışığın Mnatsakanyan üçün arzuolunmaz olduğunu vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az