Müdafiə Nazirliyi mövqelərimizin atəşə tutmasını təsdiqləyən FOTOLAR yaydı

Müdafiə Nazirliyi mövqelərimizin atəşə tutmasını təsdiqləyən FOTOLAR yaydı
İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.


Bunu Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər.
"Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir”, nazirlikdən bildirilib.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az