Müharibə başlayacaq: Paşinyan Bakıya əlcək atdı - Polkovnik

Müharibə başlayacaq: Paşinyan Bakıya əlcək atdı - Polkovnik

Paşinyanın Şuşada şərab içib, Azərbaycan mahnısına rəqs etməsi onu göstərir ki, Azərbaycan artıq bu məsələni güc yolu ilə həll etməlidir.

Miq.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ildönümüylə əlaqədar bu şəhərdə təntənəli mərasimdə iştirak etməsini şərh edərkən deyib.

O bildirib ki, Ermənistana hansı hakimiyyət gəlir-gəlsin, Dağlıq Qarabağla bağlı vəziyyət dəyişməyəcək və onlar işğalçı siyasətlərini davam etdirəcəklər:

"Azərbaycan öz torpaqlarını güc yolu ilə almayana qədər onların işğalçı siyasətləri bitməyəcək. Bir dövlətin başçısı oğlunu separatçı rejimin tərkibində xidmət etməyə göndərirsə, ondan hər şey gözləmək olar. Paşinyanın apardığı ucuz siyasət onu göstərir ki, Ermənistan müstəqil deyil, onu idarə edən qüvvələr var. Bu qüvvələr imkan verməyəcək ki, Ermənistan hökuməti müstəqil addımlar atsın. Onlar hər zaman kənar qüvvələrin çaldığı havaya oynayacaq. Paşinyanın Şuşaya getməsi, işğal altında olan torpaqlarda bayram etməsi göstərir ki, Azərbaycanın bu məsələdə bir yolu var, o da müharibə yoludur. Mən hesab edirəm ki, artıq müəyyən bir fürsət olan kimi Azərbaycan öz qərarına sadiq qalaraq, torpaqlarımızı güc yolu ilə geri alacaq. Bu, Paşinyana və qondarma "dqr” rəhbərlərinə vurulan ən sərt zərbə olacaq”.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Şuşanın işğalının 27-ci il dönümüylə əlaqədar Azərbaycanın işğal altında olan torpaqlarına gəlib. Şuşanın işğalını təntənəli qeyd edən erməni baş nazir Azərbaycan mahnısının sədaları altında rəqs edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az