Namus üstündə həmyerlisinə 20 güllə vurdu - Azərbaycanda

Namus üstündə həmyerlisinə 20 güllə vurdu - Azərbaycanda

Beyləqanda qətl törədilib.

Miq.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az