NATO-dan yeni S-400 açıqlaması: “Olmayacaq...”

NATO-dan yeni S-400 açıqlaması: “Olmayacaq...”
NATO S-400 sistemini hər hansı üzv dövlətin müdafiə sisteminə inteqrasiya etməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə mətbuat konfransında deyib.
O, ABŞ və Rusiyanın 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Raketləri Anlaşmasından (İNF) rəsmən çıxması qərarını şərh edərək bildirib ki, NATO yeni bir silahlanma yarışı istəmir:
"İttifaq təsirli beynəlxalq silahlara nəzarət, silahlanma və onun yayılmasına qarşı mübarizədə qərarlıdır. Buna görə də silahlanmaya qarşı nəzarəti davam etdirəcəyik. NATO eyni zamanda Rusiyanın hərəkətləri imkan verdiyi müddətdə konstruktiv münasibətlər qurmağa hazırdır”.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az