Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video

Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı - Video

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən  pul yığması ilə bağlı iddianı araşdırıb.

Miq.Az xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub. Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib. 

Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məktəb direktorunun səsyazısı

 

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az