Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı xəbərdarlıq

Nazirlikdən internetin aylıq ödənişi ilə bağlı xəbərdarlıq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən "Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. 

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq. Əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət edə bilərsiniz. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az