Nikol Paşinyan Yerevanda etiraz aksiyasına qoşulub

Nikol Paşinyan Yerevanda etiraz aksiyasına qoşulub
Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub.

"Report” xəbər verir ki, məlumatı "Newsarmenia” yayıb.
"Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, – Nikol Paşinyan vurğulayıb.
O əlavə edib ki, yerli vaxtla saat 12-də edəcəyi çıxışında vacib olanları söyləyəcək.
Qeyd edək ki, Ermənistanda məhkəmə binalarının qarşısında etiraz aksiyaları keçirilir. Binalara giriş-çıxışlar bağlanıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az