Nurəddin Xocanın məhkəməsi başladı

Nurəddin Xocanın məhkəməsi başladı

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Nurəddin İsmayılovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 14-nə təyin edilib.

Nurəddin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham elan edilib.

Nurəddin İsmayılov vəzifə səlahiyyərlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə yönələn açıq çağırışlar edib.

Nurəddin İsmayılov Qarabağ müharibəsi veteranı, "Bozqurd” batalyonunun keçmiş komandiri olub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az