Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – Ermənilərdən ETİRAF

Ordumuz Qazax istiqamətində 600 metr irəliləyib – Ermənilərdən ETİRAF
Cəbhənin Qazax rayonu istiqamətində, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir.

Modern.az xəbər verir ki, Ermənistan tərəfi də təkziblərdən sonra Azərbaycan Sərhəd Xidmətinin 3 ölkənin sərhədində yerləşən və hündürlüyü 700 metrə çatan strateji Babakər zirvəsində möhkəmləndiyini etiraf edib.
Bunu "Orbeli” analitik-tədqiqat mərkəzinin eksperti Taron Ovannisyan deyib.
"Azərbaycan öz mövqelərini Babakər zirvəsi istiqamətində, Qazax rayonunun Tavuş vilayəti ilə sərhədində 500-600 metr irəli çəkib. Paralel olaraq, sərhədyanı Çinari kəndində də sərhəd dəyişikliyi qeydə alınıb”.
Ovannisyan Ermənistan tərəfinin də təmas xəttində irəliləmək cəhdləri etdiyini, lakin bunun nəticəsində tərəfləri ayıran neytral zonanın azaldığını açıqlayıb. Onun fikrincə, ermənilərin neytral ərazinin uzunluğunu azaltması cəbhədə əlavə gərginlik yaradacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az