Paşinyan 2023-cü(!) ilədək Azərbaycandakı erməni hərbçilərinə ev veriləcəyini vəd etdi...

Paşinyan 2023-cü(!) ilədək Azərbaycandakı erməni hərbçilərinə ev veriləcəyini vəd etdi...

Görünür, bu dığa  arxayındır ki, Azərbaycan hələ 4 il bundan sonra da torpaqlarını azad etməyəcək?..

Dünən – avqustun 5-də Xankəndidəki Dirçəliş meydanında etdiyi çıxışında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz dislokasiya olunmuş erməni hərbçilərinin sosial problemlərindən də danışıb.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin  yaydığı məlumata görə, işğalçı ölkə lideri 2023-cü ilədək "müdafiə ordusu” adlanan  qondarma rejim ordusunda xidmət edən hərbi qulluqçuların evlə təmin olunacağını vəd edib. N.Paşinyan əlavə edib ki, Ermənistanın ordu quruculuğu sahəsindəki bəzi uğurları hələlik xalqa açıqlanmır...

P.S. Sözsüz ki, bu erməni dığası kimlərdənsə Azərbaycanın torpaqlarını azad etmək üçün qəti hərbi əməliyyatlara başlamayacağına dair zəmanət alıb.  Ona görə belə arın-arxayın danışır, qəti şəkildə Qarabağı Ermənistanın tərkib hissəsi elan edir, nəinki 2023-cü ilə aid, 2050-ci ilədək  inkişaf perspektivlərindən danışır...

Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az