Paşinyan oktyabrın 16-da istefa verəcək

Paşinyan oktyabrın 16-da istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verəcək.

 Paşinyan bunu "France 24" telekanalına müsahibəsində deyib.

"Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bir-iki gün o yan-bu yan ola bilər. Bundan ötrü mən oktyabrın 16-da istefaya getməliyəm", - deyə telekanal onun sözlərini sitat gətirib.

Xatırladaq ki, Paşinyanın daha əvvəl açıqladığı ssenariyə əsasən, onun istefasından sonra parlament baş naziri iki dəfə seçmir, parlament buraxılır və növbədənkənar seçkilər elan edilir.

Onu da qeyd edək ki, N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az