Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub

Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub.


"Report” xəbər verir ki, bu barədə "168 jam” qəzeti məlumat yayıb.

"Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib. Bundan sonra onlar ABŞ-ın vitse-prezidenti Maykl Penslə Nikol Paşinyanın görüşünü təşkil etməyə cəhd göstəriblər. O da Ermnənistanın hökumət başçısı ilə görüşdən imtina edib”, – nəşr vurğulayıb.

Məqalədə qeyd edilib ki, rəsmi Yerevanın son ümidi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşünün təşkilidir.

Xatırladaq ki, onun ABŞ-a səfəri və görüşlər sentyabrın 21-22-nə nəzərdə tutulmuşdu. ABŞ liderlərinin imtinasından sonra Nikol Paşinyan bildirib ki, sentyabrın 23-də Yerevan şəhər Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə görə səfərini təxirə salıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az