Paşinyanın hökuməti Dağlıq Qarabağdakı qondarma rejimin pulunu kəsdi

Paşinyanın hökuməti Dağlıq Qarabağdakı qondarma rejimin pulunu kəsdi

Nikol Paşinyanın hökuməti qondarma Dağlıq Qarabağ” respublikası” rejiminin maliyyə yardımı barədə xahişlərini rədd edir.


Virtualaz.orgxəbər verir ki, bu sensasion məlumatı Rusiya mənbələri erməni mətbuatına istinadən yayıb.

Məlumatda deyilir ki, Paşinyan Dağlıq Qarabağa maliyyə yardımının göstərilməsi üçün qondarma rejimin "təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanın istefası şərtini irəli sürüb. Qondarma "prezident” Bako Saakyan Balasanyandan Ermənistan hakimiyyətinin tələbini yerinə yetirib istefa verməyi istəsə də keçmiş səhra komandiri bu addımı atmaqdan imtina edib.

Xatırladaq ki, Balasanyan "DQR prezidenti” postuna iddialıdır və onunla Paşinyan arasında ciddi ixtilaf var.

Məlumatda həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq ikinci aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. Mənbələr yaranmış vəziyyəti Ermənistan tərəfdən Dağlıq Qarabağa tətbiq edilmiş sanksiya kimi qiymətləndirirlər.

Bundan əvvəl Paşinyan Dağlıq Qarabağın rəhbərliyini, o cümlədən Balasanyanı Qarabağda yeni müharibə qızışdırmaq planlarında ittiham etmişdi. Onun bildirdiyinə görə, həmin qüvvələr müharibəni başladıb "bəzi əraziləri verə bilər” və buna görə Ermənistan hakimiyyətini günahlandırmağı planlaşdırır.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az