Polkovnik: "İlham Əliyevdən təkidlə xahiş edirəm- Səfir vəzifəsindən geri çağırılsın"

Polkovnik:

Əziz dostlar! Hörmətli həmkarlar!

Təkrar da olsa, yazıram. Mən çox nadir hallarda bir gündə iki və ya artıq status yazıram. 

Bir qədər əvvəl dəyərli dostlarımızdan biri bir sənəd paylaşıb. Onu aşağıda mən də sizlərin diqqətinizə çatdırıram. Bu Rusiya Federasiyasının RƏSMİ dövlət orqanlarının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə AÇIQ şəkildə hörmətsizliyin və saymazlığın daha bir növbəti bariz nümunəsidir. Doğrusu, mən ölkə prezidenti cənab İlham Əliyevdən nəhayət ki, Polad Bülbüloğlunun Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılmasını təkidlə xahiş edirəm. Bu adam artıq qocalıb və tükənib. Bu şəxsi mən hələ 1980-ci illərin sonlarından tanıyıram, şəxsi görüşlərimiz də olub. Şəxsiyyətinə toxunmadan demək istəyirəm ki, Polad müəllim, artıq TÜKƏNİB. Rusiya kimi strateji və vacib bir ölkədə Azərbaycanın gənc, enerjili və bacarıqlı bir səfiri olmalıdır. 

Vallah, Polad Bülbüloğluluq deyil artıq Rusiyada səfir vəzifəsi. Yaşı da keçib, başı da. Ermənilər nə istəyirlər onu da Moskvanın göbəyində, eləcə də ayrı-ayrı şəhərlərdə rahatca edirlər. Bu adam isə deyəsən, Bakıda mədəniyyət naziri olduğu zaman o qədər də xoş olmayan bəzi hərəkətlərindən, vərdişlərdən əl çəkmir. Mənə elə gəlir ki, maşalar, nataşalar və digərləri onun çox vaxtını alır. Onun Azərbaycan dövlətinin maraqları ilə yaxından məşğul olmağa vaxtı çatmır. Ay kişi, ay Qarabağlı balası, axı sən bu cürə ilk baxışda xırda olan, amma çox uzaqgedən məqsədlər güdən faktları görüb susursansa, dur ordan get də...
 
Axı, sənin belə dişsizliyin, siyasi səbatsızlığın, siyasi naşılığın Azərbaycan dövlətinin gələcyi üçün çox zərərli və ziyanlıdır. 
Xarici İşlər Naziri Elmar Məmmədyarovdan demirəm. Bununki kamera və mikrofonlar qarşısında növbətçi gülüş pozasını almaq, dişlərini ağartmaq və guya tolerant diplomat imicini göstərməkdir. Hərçənd ki, onu da başa düşürəm, amma bir çox halarda anlamaqda çətinlik çəkirəm. Rusiya siyasi-hərbi rəhbərliyi açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik göstərir. Və Rusiyadan Qarabağla bağlı hansısa müsbət addımlar gözləmək, sadəcə özün özünü aldatmaqdan başqa bir şey deyil. 

Bakıda oturan jurnalist həmkarlarımdan təkidlə tələb və xahiş edirəm. Sabah iş günün ilk saatlarında Bakıda oturub şellənən RF-nın Azərbaycandakı səfiri Mixail Boçarnikovdan və onun əsabalarından İZAHAT TƏLƏB etməkdir. Qardaşlar, yoldaşlar, rəsmiləri hardasa başa düşürəm. Axı biz jurnalistlər bu rus əbləhlərini divara dirəməliyik ki, ay adam balası ivan, kişiliyin, insanlığın olsun. Axı sən belə yaramaz hərəkətlərin ilə Azərbaycan xalqının heysiyyatı ilə oynayır, bizim əsəblərimizi tarıma çəkirsən. Xvatit da, ay mudak! Bud mujcinoy i uvajay samloqo sebya i svoyeqo naroda! 
Adam az qalır durub getsin bəzilərini üzbəsürət başa salsın ki, qaradan o yana rəng yoxdur! 

Allah Azərbaycan xalqına və dövlətinə kömək olsun!

Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az