Prezident İlham Əliyev bu rayonların icra başçılarını vəzifələrindən azad etdi

Prezident İlham Əliyev bu rayonların icra başçılarını vəzifələrindən azad etdi
Prezident İlham Əliyev S.N.Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
XXX
Prezident İlham Əliyev digər sərəncamla N.M.İsmayılovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Nazim Mehdi oğlu İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".
XXX
Prezident İlham Əliyev N.M.İsmayılovu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
XXX
Prezident İlham Əliyev digər sərəncamla S.N.Cabbarovu Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. 
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az