Prezident Rəsulzadənin varisini təltif edib - Xalq Cümhuriyyətinin 100 illiyi medalı ilə

Prezident Rəsulzadənin varisini təltif edib - Xalq Cümhuriyyətinin 100 illiyi medalı ilə
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif olunmuş bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlərə medalların təqdim olunma mərasimi keçirilib.

APA-nın məlumatına görə, medalları Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Medalla təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə də var.
Bundan başqa, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da medalla təltif olunublar.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az