Qarabağda eşşək minən bu qoca erməni xoşbəxtdir, yoxsa Bakıda “cip”də gəzən bizlər?..

Qarabağda eşşək minən bu qoca erməni xoşbəxtdir, yoxsa Bakıda “cip”də gəzən bizlər?..
Deyir ki, istəsəm, 80 yaşlı qarımı boşayıb 40 yaşlı cavan arvad da ala bilərəm...
Dağ kəndi, təmiz hava, su, ekoloji sağlam meyvə, tərəvəz, ərzaq, yaşıllıq və sakitlik...

Fotoda gördüyünüz eşşək yanındakı bu qoca ermənini Moderator.az işğal altındakı Azərbaycan torpaqlarında "tapıb”. Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, Eduard adlı bu erməni 1988-ci ildən bəri keçmiş Əsgəran rayonunun  "Durray” adlanan qədim kəndlərindən birində(təəssüf ki, həmin məntəqənin əslində Azərbaycan adlı hansı kənd olduğunu öyrənə bilmədik) yaşayır.  Burada doğulsa da, 1950-1960-cı illərdən Sumqayıta köçüb və uzun illər kimya zavodunda işləyib. Ermənilərin özlərinin xarici kəşfiyyatların rəhbərliyi ilə  törətdiyi məlum Sumqayıt təxribatlarından sonra buraya gəlib. Hazırda kənddəki evində 80 yaşlı arvadıyla qalır. Qızları Xankəndidə, oğulları isə Rusiyada yaşayır. Buna baxmayaraq, qoca ermənilər həyatlarından narazı deyillər. Dağ kəndi, təmiz hava, su,  ekoloji sağlam meyvə, tərəvəz, ərzaq, yaşıllıq və sakitlik... Bütün ata-baba, qohum-əqrəbalarının məzarı burada... 

Qoca Eduard eşşəyini minib dağı, meşəni gəzir, odun gətirir, ot biçir, yel belləyir, tərəvəz becərir, meyvə yığır. Bir sözlə, ahıl yaşına baxmayaraq, özünü çox sağlam hiss edir. Hətta jurnalist qadınla ayrılanda zarafatla deyir ki, istəsəm, 80 yaşlı qarımı boşayıb 40 yaşlı cavan arvad da ala bilərəm... 

P.S. Qeyri-iradi qəlbimdən bir sual keçir; görəsən, Azərbaycan torpaqlarında eşşək belində gəzib, təmiz hava udan, saf su içən 81 yaşlı belə qoca ermənilər xoşbəxtdir, yoxsa Bakıda, Sumqayıtda bəzəkli göydələnlərdə yaşayıb, "Mersedes”də, "cip”də gəzib tozlu, tüstülü hava udan və 30 il Qarabağ torpaqlarına həsrət qalan, dədə-baba qəbirlərini ziyarət edə bilməyən, yeyib-içməkdən, hərəkətsizlikdən qarın bağlayan, şəkər, təzyiq, ürək, ciyər xəstəlikləri tapan  40-50 yaşlı bizlər?.. Dərindən düşünək və hərəkətə keçək...(Moderator.az)

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az