Qaraciyər, dəri və damarları təmizləyən QARIŞIM

Qaraciyər, dəri və damarları təmizləyən QARIŞIM

Həkim-naturopatlar sübut edir ki, bir çox qida məhsulları orqanizmə əsl təbii dərmanlar kimi təsir edir.

Belə məhsulların köməyi ilə orqanizmi sağlam və cavan saxlamaq, qocalma proseslərini ləngitək mümkündür.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə orqanizmi çox yaxşı təmiləyən və cavanlaşdıran faydalı qarışımın reseptini təqdim edir. Rusiyalı həkim-naturopat Mariya Lozovskaya bu qarışımı "cavanlıq iksiri" kimi qiymətləndirir. Naturopatın fikrinə görə, iksiri içdikdən bir müddət sonra dəri təmizlənir və cavanlaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, damarlar xolesterindən təmizlənir.

İksirin resepti:

- 100 qr limon şirəsi

- 200 qr təbii bal

- 50 qr keyfiyyətli zeytun yağı

Bal, limon şirəsi və zeytun yağı yaxşı qarışdırılır və hər gün yeməkdən əvvəl 1 x.q. olmaqla içilir. Qarışımı sərin yerdə (soyuducuda yox!) saxlayın.  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az