Qardaşının arvadını öldürüb, sonra da intihar etdi – Abşeronda dəhşət

Qardaşının arvadını öldürüb, sonra da intihar etdi – Abşeronda dəhşət
Abşeron rayonunda qətl hadisəsi baş verib.

Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.
1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.
Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az