Qlobal müharibə olmayacaq, amma... – Ukrayna üçün QORXUNC SSENARİ

Qlobal müharibə olmayacaq, amma... – Ukrayna üçün QORXUNC SSENARİ
Ukrayna və Rusiya arasında gərginliyin növbəti mərhələsi olacaq. Rusiya Ukraynaya qarşı əks-təbliğat üçün bu amildən istifadə edəcək.

Miq.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna ilə Rusiya arasındakı "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə"nin ləğvini şərh edən Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin sabiq başçısı, ordu generalı Nikolay Malomuj "Apostrof" nəşrinə açıqlamasında deyib.

"Bu addım Ukrayna üçün müəyyən problemləri yarada bilər. Xüsusi halda, Rusiya onu göstərəcək ki, onlar Krımı heç bir müqaviləni pozmadan özünə qaytardılar. Bundan başqa, Kreml aktiv təcavüzkar hərəkətlərin aparılması üçün Ukraynanın bu addımından istifadə edəcək", - general bildirib.
Onun sözlərinə görə, qlobal müharibə gözləmək lazım deyil, amma provokasiyaların kritik artımı olacaq.
Qeyd edək ki, sentyabrın 17-də Ukrayna prezidenti Pyotr Poroşenko Moskva ilə Kiyev arasında imzalanan "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə"ni ləğv edib. 1997-ci ildə imzalanan müqavilə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az