“Quli” Lənkəranskinin qohumunun obyektini ələ keçirdi

“Quli” Lənkəranskinin qohumunun obyektini ələ keçirdi

"Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Fud Siti” aqroklasterinə nəzarəti ələ keçirib. "Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, "Fud Siti” daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru” Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 

Qeyd olunur ki, "Quli”nin aqroklateri ələ keçirməsi onu Lənkəranskinin qətlini sifariş edən şübhəli şəxs kimi daha da gücləndirib. Mafiya klanlarının Lənkəranskinin paytaxtdakı səhmləri uğrunda mübarizəsi məhz Rövşənin ölümündən sonra başlayıb. O zamanlar Azərbaycanda həbsxanada olan Səlifov öz emissarları vasitəsilə Canıyevin Moskvadakı obyektlərini zəbt etməyə başlayıb. 

Qəsb, adam oğurluğu və qeyri-qanuni silah saxlamağına görə 22 il həbs yatan "Lotu Quli” indi 85 hektar sahəsi və 13 min işçisi olan kompleksini "Skype” vasitəsilə idarə edir. O, zəngin iş adamları ilə videokonfranslar təşkil edərək əlaqə saxlayır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az