Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək

Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək
Rusiyanın Xəzər dənizi filotiliyası qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.
Məlumata görə, Rusiyanın Xəzər dənizi filotiliyası 2 gündən sonra axtarışa qoşulacaq.
Axtarış dəstəsinin tərkibində 50-yə yaxın şəxsin olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az