Sahibkardan 30 min tələb edən azərbaycanlıya 9 il iş verildi

Sahibkardan 30 min tələb edən azərbaycanlıya 9 il iş verildi
Volqoqrad Regional Məhkəməsi Dzerjinsky rayonundakı topdansatış bazarında işləmək üçün sahibkardan 30 min rubl tələb edən Vüqar Əsədovla bağlı yekun qərar qəbul edib.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət hadisələri 2011, 2012 və 2017-ci illərdə baş verib.
Məlumata görə, 39 yaşlı Əsədov rədd cavabı aldıqda adamları ilə həmin sahibkara qarşı silahlı hücum edərək onu döyüblər.
O, məhkəmədə özünü təqsirli bilməyib. V.Əsədov zərərçəkmişi uzun müddətdir tanıdığını, aralarında düşmən əlaqələri olduğunu, münaqişənin yalnız yerli bazarda ticarət hüququ üçün yarandığını bildirib.

Dzerjinsk rayon məhkəməsinin qərarına əsasən, Əsədov qəsb və oğurluğa görə cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az