Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı - TƏFƏRRÜAT

Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı - TƏFƏRRÜAT
Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib.

Miq.az Trend-ə istinadən bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az