Şəmkir sakini əvvəlcə maşınını daha sonra özünü yandıraraq intihara cəhd edib

Şəmkir sakini əvvəlcə maşınını daha sonra özünü yandıraraq intihara cəhd edib
Şəmkir rayon sakini Fuad Həsənov əvvəlcə "Hammer” markalı avtomobilini daha sonra özünü də yandıraraq intihara cəhd edib.

"Report”un məlumatına görə, müxtəlif yanıq xəsarətləri alan F. Hüseynov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həmin şəxsin borcu olduğuna görə, məhkəmə qərarı ilə avtomobilinə həbs qoyulduğu bildirilir.
Belə ki, ümumilikdə onun küllü miqdarda borcu olduğu bildirilir və məhkəmə qərarı ilə həmin "Hammer” markalı avtomobil borc qarşlığı olaraq həbsə qoyulub.
Onun hansı səbəbdən borclandığı barədə isə dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az