Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR

Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı – PROBLEM VAR
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

"Finans.az” xəbər verir ki, vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.
Məsələni araşdırmaq üçün "ASAN Xidmət”ə etdiyimiz müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqləndi. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirdi: "Sürücülük vəsiqələri bütün "ASAN xidmət” mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib", -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.
Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az