Tərtər rayonunda seminar keçirilmişdir- Özünüməşğulluq proqramının təşviqi ilə bağlı

Tərtər rayonunda seminar keçirilmişdir- Özünüməşğulluq proqramının təşviqi ilə bağlı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyi  tərəfindən həyata keçirilən "Özünüməşğulluq- sosial yardim asılılığından kiçik sahibkarlığa doğru mövzusunda seminarların keçirilməsi”  layihəsi çərçivəsində 10 iyul 2019- cu ildə Tərtər rayonunda "Özünüməşğulluq-sosial yardım asılılığından kiçik sahibkarlığa doğrusı” mövzusunda seminar keçirilmişdir.   
    
Yeni Azərbaycan Partiyasının Tərtər rayon şöbəsinin konfrans zalında baş tutan tədbiri giriş sözü  ilə Layihə rəhbəri  Nəzakət Balabəyova açaraq, həyata keçirilən layihənin məqsədi, həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat vermiş və bu tədbirlərin həmçinin "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi istiqamətində təşəbbüslərdən  olduğunu diqqətə çatdırmışdır.   
     
Layihənin eksperti Zaur Quliyev öznüməşğulluq proqramının əhəmiyyəti, proqrama müraciət qaydaları və əhatə dairəsi, proqramdan istifadə üçün üstün hüquqa malik əhali kateqoriyası və  proqramın iqtisadi əhəmiyyəti barədə statistik və analitik göstəriciləri özündə  əks etdirən təqdimatla çıxış  etmişdir. 

Tədbirdə iştirak edən Tərtər rayon İcra hakimiyyətinin əməkdaşı Elvin Umudov, Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev çıxışında ilk öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına belə bir əhəmiyyətli layihəni dəstəklədikləri üçün öz təşəkkürünü bildirib və özünüməşğulluq proqramının aktiv əmək bazarı proqramı olaraq,  mikro və kiçik sahibkarlığın inkişafında mühüm rol oynadığını və sosial yardım asılılığından kiçik sahibkarlığın inkişafına doğru atılmış mütərəqqi addım olduğunu qeyd etmişlər.  
  Tədbir özünüməşğulluq proqramından faydalanaraq, öz kiçik bizneslərini quraraq inkişaf etdirən proqram iştirakçılarının uğur hekayələrini iştirakçılarla qarşılıqlı diskussiya şəklində  müzakirələri ilə davam etmiş və  cay süfrəsi ətrafında iştirakçıları maraqlandıran suallar  cavablandırılmışdır.  İştirakçılara layihə çərçivəsinə çap olunmuş bukletlər və dəftərxana ləvazimatları da paylanılmışdır
   
Qeyd edək ki, layihənin əsas məqsədi regionlarda  əlil, şəhid, məcburi köçkün, aztəminatlı ailələlərin, işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlara sahib olmaları, onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə dəstək göstərilməsi təşkil edir.

Yüksəliş” Sosial İnkişafa Kömək İctimai Birliyinin  İnformasiya departamenti



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az