“Torpağın bir qarışını da Azərbaycana vermərik” – Baş Qərargah rəisi

“Torpağın bir qarışını da Azərbaycana vermərik” – Baş Qərargah rəisi

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir. Virtualaz.org "Rusarminfo.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan deyib.
"DQR”in bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir”, - Akopyan deyib.
O əlavə edib ki, müdafiənin gücləndirilməsi üçün tanınmamış respublikaya əlavə torpaqlar lazımdır.
Xatırladaq ki, sentyabrın 19-da çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanın Azərbaycanla "DQR”in ərazilərinin bir hissəsinin qaytarılması məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, söhbət "Qarabağın təhlükəsizliyinə xələl gətirməyən ərazilər”dən gedir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az