Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etdi: "Qərara gəldim ki..."

Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etdi:
ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.

TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə - benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır/Report.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az