“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm…” – Ərdoğan

“Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm…” – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın toplantısında S-400 müdafiə sistemlərilə bağlı məsələyə aydınlıq gətirib.

APA Türkiyə KİV-ə istinadla verdiyi məlumata görə, Ərdoğan qeyd edib ki, Türkiyə S-400 müdafiə sistemini alacaq demirəm, almışdır deyirəm: "Bu iş artıq bitmişdir. Önümüzdəki ay bu sistemin ölkəmizə çatdırılması prosesi həyata keçiriləcək”.
Türkiyə prezidenti diqqətə çatdırıb ki, bu, heç də sonsuz, hesabsız bir kredit deyil: "Bizə verilmiş dəstəyə qarşılıq vermək məcburiyyətindəyik”.
Ərdoğan F-35 döyüş təyyarələrilə də bağlı fikirlərini dilə gətirib. Qeyd edib ki, Türkiyə F-35-lərin yalnız müştərisi deyil, eyni zamanda istehsal ortağıdır: "İndiyə qədər biz 1 milyard 250 milyon dollar ödəmişik. F-35 layihəsinin gerçəkləşməsi istisna edilməməlidir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az