Ukrayna ordusu Donetskin bir addımlığında

Ukrayna ordusu Donetskin bir addımlığında
Ukrayna Silahlı Qüvvələri Donetsk şəhərinin təxminən 100 metrliyində - Maryinkada yeni mövqeləri ələ keçiriblər.
 
Virtualaz.org "Lenta.ru”ya istinadən xəbər verir ki, bunu "Armiya FM” radio stansiyasının efirində Ukrayna ordusunun 24-cü mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlnitski bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar "boz zona”nı ələ keçirərək taktiki mövqeni yaxşılaşdırıblar ki, bu da döyüş mövqelərini yerli əhalidən uzaqlaşdırmağa imkan yaradıb. İlnitski qeyd edib ki, plan briqadanın rəhbərliyi və ali komandanlıq tərəfindən hazırlanıb.
"Bu vacibdir, belə ki, əhalinin daha yüksək səviyyəli təhlükəsizliyini təmin edir. İnsanlar təmas xəttindən daha çox uzaqlıqda olacaqlar. Burada məqsəd insanların təhlükəsizliyidir”, - o, sözlərinə əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az