Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub
Ukraynada nazir müavini korrupsiyaya görə həbs olunub

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosunun xəfiyyələri müvəqqəti nəzarətsiz ərazi məsələləri üzrə nazir müavini Yuri Qrımçakı və onun köməkçisini həbs edib.
APA "TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə qurumun "Facebook” səhifəsində yayılmış məlumatda bildirilir.
"Həmin şəxslər dövlət vəzifələrinin yerinə yetirilməsində onlara təsir göstərilməsini iddia edərək hüquqi şəxsin nümayəndəsindən 1,1 milyon dollar məbləğində qanunsuz pul tələb ediblər”, – deyə məlumatda qeyd olunub.
Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosundan bildirilib ki, fakt Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az