“Vaxtilə onun atdığı bu addım…” - Türkiyə-ABŞ gərginliyinin arxasındakı güc

“Vaxtilə onun atdığı bu addım…” - Türkiyə-ABŞ gərginliyinin arxasındakı güc
"ABŞ Prezidenti Donald Tramp Türkiyənin Rusiyadan "S-400” sistemləri almasına görə sələfi Barak Obamanı günahkar bilir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspertin fikrincə, Obamanın vaxtilə kürdlərə verdiyi dəstək ikitərəfli münasibətlərə zərbə vurdu:
"Tramp Türkiyəyə "Patriot”ların satılmamasını Obama ilə əlaqələndirib və onu günahlandırıb. İstisna deyil ki, bu məsələdə Obamanın rolu olub. Lakin Obama olmasaydı, Pentaqon buna icazə verəcəkdi? Maraqlı sualdır.
Türkiyə-İsrail münasibətlərinin korlandığı vaxtda Vaşinqton Ankara ilə hərbi müstəvidəki əlaqələrini zəiflətməli idi və bunu etdi. Obamanın "şiə dəhlizi”ni dağıtmaq üçün Türkiyəyə yox, kürdlərə üstünlük verməsi də ikitərəfli münasibətləri zərbə altda qoyan amillərdən biri idi. Çünki ABŞ-ın Suriyada meydan suladığı vaxt PYD/YPG-nin güclənməsi də hər kəsə məlumdur. Beləliklə, ədalətsiz siyasət yürüdən ABŞ Ərdoğan üçün seçim imkanı tanımadı”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az