Xaçmaza düşən dolu 87 yaşayış məntəqəsinə ziyan vurub

Xaçmaza düşən dolu 87 yaşayış məntəqəsinə ziyan vurub
Ötən gün Xaçmaz rayonuna düşən dolu əsasən əkin sahələrinə və yaşayış evlərinin dam örtüklərinə ziyan vurub.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda deyilir ki, dolu 87 yaşayış məntəqəsinə ziyan vurub: Xaçmaz şəhəri, Arzu qəsəbəsi, Aşağı Zeyid, Alıcqışlaq, Çılğır, Qaracik, Qaracik Zeyid, Qaraçaycek, Qədmalıqışlaq, Şıxhaput, Çaykənarı, Gödəkli, Çarxı, Xanlıqoba, Çinartala, Ağaşirinoba, Qıraqlı, Manafoba, Palçıqoba, Əhmədoba, Hacıəhmədoba, Hacıqazma, Qaracəlli, Bayoba, Hacıəlibəy, Suxtaqalaqışlaq, Ağyazı Buduq, Hülövlü, Bəyqışlaq, Canaxır, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Qaradağ Buduq, Qaradağlı, Rəhimoba, Ustacəlilli, Cığatay, Çaxmaqlı, Qaraçı, Qaraqaşlı, Laman, Gülalan, Hacıqurbanoba, Qaraqurdlu, Ağarəhimoba, Çuxuroba, Hacıisaoba, Qadaşoba, Qımılqışlaq, Maşıoba, Mirzəməmmədqışlaq, Mollabürhanlı, Şıxlar, Müşkür, Bəbəli, Əzizli, Gəncəli, Xaspoladoba, Köhnə Xaçmaz, Müşviq, Müzəffəroba, Nərəcan, Ağtala, Çiləgir, Mənçəroba, Mürşüdoba, Sabiroba, Ağçay, İlxıçı, İlxıçı Həsən Əfəndi, Qarğalıq, Əbilyataq, Qarabağlı, Niyazoba, Qalağan, Susayqışlaq, Çaxçaxlı, Maqsudkənd, Pərdiqıran, Şollar, Armudpadar, Padar, Sərkərli, Yergüc, Üçgünqışlaq və Üryanoba kəndləri.
Xatırladaq ki, mayın 13-də Azərbaycanın şimal rayonlarına dolu yağıb.
Günorta saatlarında yağan dolu 5 dəqiqə davam edib. Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az