Xocavənddə DALĞALANAN AZƏRBAYCAN BAYRAĞI-SSRİ-nin vaxtında

Xocavənddə DALĞALANAN AZƏRBAYCAN BAYRAĞI-SSRİ-nin vaxtında

Ermənilərin PARTLATDIĞI abidə, Lənkərandan gələn könüllülər KARVANI... 

"Çox gözəl xatirədir. Aslan Quliyev də öz xatirələrində bu haqda qeyd edib. Gördüyünüz bu abidə gözəl xatirədir. Diqqətlə baxın, bu abidə Xocavənd rayonunun Muganlı kəndindən 2-3 kilometr məsafədə, Ağdam-Füzuli magistral yolunun üzərində inşa edilmişdi. Bu abidəni o zamanlar bu yoldan keçən hər kəs yəqin ki, yaxşı xatırlayır. Abidənin üzərində ÜÇRƏNGLİ BAYRAĞIMIZ var idi və ordan keçən ermənilərin də, rusların da gözlərinə ox kimi batırdı." 

"Səngər" səhifəsi xəbər verir ki, bu ifadə Babək Hüseynl adlı sosial istifadəçinin feysbuk səhifəsində yayılan abidə fotosuna Əli Əsgərov adlı bir nəfərin yazdığı rəydə belə qeyd olunub:

"Həmin dövr Sovet hakimiyyətinin asıb-kəsən vaxtları idi və bayrağı Dağlıq Qarabağda ucaltmaq, belə bir abidə hazırlamaq o qədər də asan məsələ deyildi. Çünki buralar Azərbaycan ərazisi olsa da, erməni-sovet hakimiyyəti daha güclü hiss olunurdu. Abidənin əhəmiyyətini anladığımız üçün hər axşam ora post qoyulurdu. Qorunmasına baxmayaraq, 1989-cu ildə yayın ortalarında abidə ermənilər və ruslar tərəfindən partladıldı. 

Elə həmin gün Lənkərandan böyük bir könüllülər KARVANI gəlmişdi.  Partlayış baş verən gecənin səhərisi kəndin bütün kişiləri və lənkəranlı könüllürlə birlikdə Ağdam-Füzuli yolunu bağladıq. Yoldan keçən erməni maşınları canlarını qurtarmağa şalışırdılar. Eyvaz Hüseynov komendaturaya məlumat vermək üçün Rəhmanın QAZ-53 maşını ilə Martuniyə getdi.  Elə bu zaman yolnan gələn, içərisində üç erməni olan traktor qaçmağa çalışdı və yoldan çıxaraq, dağa dırmaşmağa başladı. Təbii ki, traktorda olan üç dığa qaça bilmədilər. Onlar tutularaq, Lənkərandan gələn tentli KAMaz-ın yük yerinə qoyularaq girovlarımızla dəyişdirilmək  üçün Ağdama aparıldı. Həqiqtən də onun yerində qısa müddət ərzində daha möhtəşəm abidə ucaldıldı. Dostlarımıza can sağlığı, Əliheydər qardaşımıza Allahdan rəhmət diləyirəm."

"Səngər" 

ANONS: Mövzu ilə əlaqədar araşdırma aparılır və yaxın günlərdə bu haqda ən geniş məqaləni Miq.Az saytında və Səngər səhifəsində oxuya bilərsiniz. Bizi izləyin.

1. SSRİ-nin ən qorxulu vaxtında Lənkərandan gələn ustaların Qarabağda ucaltdığı Azərbaycan Bayrağı
2. Qəhrəman xocavəndlilərin ov tüfəngi ilə düşmənlə savaşı.
3. 12 metr hündürlüyündə ABİDƏ,  milli bayrağımız və1989-cu ildəki ŞÜARIMIZ...4. Çoxlarınızın xəbəri olmayan Xocavəndəki MÖTƏŞƏM  ABİDƏ...
5. Düşmən bağrı dələn "Bir daha yüksələn bayraq, bir daha enməz" ifadəsi!
6.Ruslar bu abidədən niyə vahimələnirdi, Türkiyə niyə onların xəyalına gəlirdi? 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az