Zaxarova yenə Bakını “hədəf” seçdi: Bizə cavab verməyib!

Zaxarova yenə Bakını “hədəf” seçdi: Bizə cavab verməyib!

Moskva hələ də Bakıdan Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rusiyalılarla bağlı bəyanatına cavab almayıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Konsultasiyalara gəlincə, Rusiya tərəfi dəfələrlə azərbaycanlı həmkarlarına yaranan situasiya ilə bağlı narahatlığını çatdırıb. Təəssüf ki, cavab daxil olmayıb”, – deyə o bildirib.

Zaxarova Bakıda rəsmi cavab almasa da, Azərbaycan tərəfinin qeyri-rəsmi reaksiyalarının olduğunu deyib:

"Mətbuatda analoji problemlərin Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı olmasıyla bağlı şərhlər və müsahibələr görmüşəm. Mən şəxsən məşhur insanlardan birinin müsahibəsini oxudum və həddən artıq təəccübləndim. Bu müsahibədə Rusiya XİN-in niyə belə hallarla maraqlanmadığına işarə də var. Əgər belə faktlar varsa, bu bizə bəlli deyil. Xahişimiz odur ki, mövcud hallarla bağlı bizi məlumatlandırsınlar. Biz region və ya ölkədən asılı olmayaraq, reaksiya veririk. Biz konkret hallara reaksiya veririk”.

Qeyd edək ki, bundan öncə Rusiya tərəfi vətəndaşlarına Azərbaycana səfər edərkən bütün mümkün riskləri dəyəndirmələri ilə bağlı xəbərdarlıq edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az