Özünü sürdüyü "Hummer"lə birgə yandıran şəxslə bağlı DİN-dən AÇIQLAMA - Banka borcu olub

Özünü sürdüyü
Şəmkir rayonunda qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupundan rəsmi məlumat verilib.

Baş inspektor Eşqin Qasımov BAKU.WS-in bölgə muxbirinə bildirib ki, hadisə olan ərazi Şəmkir Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir.

"Bu gün hadisə baş verən yer Şəmkir rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. Vaxtı ilə həmin ərazi DYP-nın dayanacaq yeri olub bu gün isə Şəmkir rayon DYP-nin dayanacağı deyil."


Eşqin Qasımov əlavə edib ki, hadisəyə səbəb Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlunun banka külli miqdarda borcu olmasıdır. 2013-cü ildə məhkəmənin qərarı ilə həmin şəxsin avtomobilinə həbs qoyulub. İnsident də F.Həsənovun "Hummer" avtomobilini götürmək istəyərkən baş verib. Həmin şəxs heç bir polis əməkdaşı ilə konfilikt yaşamayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az