Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına yer ayırdı – Qurultayla bağlı

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına yer ayırdı – Qurultayla bağlı
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün yer ayırıb.

Bu barədə İcra Hakimiyyətindən Strateq.az-a verilən məlumata görə,  partiyanın bununla bağlı müraciətinə baxılıb: "Qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib”.

Xatırladaq ki, Müsavat Partiyasının başqanı vəzifəsi uğrunda hazırki başqan Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparırlar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az