Bakıda bağ evlərinin qiyməti ucuzlaşdı

Bakıda bağ evlərinin qiyməti ucuzlaşdı

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, yanvar ayında torpaq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.

Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.

N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az