Daşkəsəndə qaynata və qaynana 19 yaşlı hamilə gəlini döyərək xəstəxanalıq etdi – Qoyuna görə

Daşkəsəndə qaynata və qaynana 19 yaşlı hamilə gəlini döyərək xəstəxanalıq etdi – Qoyuna görə
Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb.

Miq.az APA
-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir. 
A.Abdullayevanın yaxınları onun gülüş doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib. 

Hadisə ilə əlaqədar polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az