DYP-dən Nemət Pənahlının avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı AÇIQLAMA

DYP-dən Nemət Pənahlının avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı AÇIQLAMA
01.01.2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus "Toyota Land Cruiser” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə var.

 

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O bildirib ki, həmin cərimələrə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 529-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin olunması üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edilib:

 

"Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd olunan vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

 

Araz Əsgərli, həmçinin qeyd edib ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İXM-nin 96-cı maddəsinə uyğun olaraq həyata keçirilir və hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət edilməsi xahiş olunur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az