Ərdoğan "Barış pınarı" əməliyyatının nəticələrini açıqlayıb

Ərdoğan
"Barış pınarı" əməliyyatının hədəfi PKK/YPG-PYD-nin aradan qaldırılması, 3,6 milyon suriyalı qaçqının evlərinə dönməsidir. Bu gün hərəkatın 7-ci günüdür. Suriyada min km ərazini terrorçudan təmizləmişik"

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşündə deyib. 
O bildirib ki, Türkiyə ilkin mərhələdə bir milyon, sonra isə öz istəklərinə uyğun iki milyon suriyalının evlərinə dönməsini təmin edəcək: "Terrora qarşı mübarizəmizi dəstəkləyən liderlərə təşəkkür edirik. Dədə Qorqud demiş: "Yaxşı dost yaxşı gündə çağırıldığında, çətin gündə çağırılmayanda gələndir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az