Ermənistandakı Rusiya bazası silkələndi- 5-6 bal gücündə zəlzələ...

Ermənistandakı Rusiya bazası silkələndi-  5-6 bal gücündə zəlzələ...

Xəbər verildiyi kimi,  son təxminən 1 saat ərzində Ermənistanda ard-arda iki zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.
Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub. 

Moderator.az  xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, Rusiyanın 102-ci bazasının yerləşdiyi Gümrü şəhərində birinci zəlzələ 5-6 bal gücündə hiss edilib. Bunu  Ermənistan Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzinin rəhbəri Karen Mxitaryan deyib. İdarə rəisi hazırda gərgin iş şəraiti ilə əlaqədar dağıntı və ya tələfat barədə  məlumat verə bilmədiyini bildirib.
Xüsusilə güclü təkanlar Gümrünün çoxmənzilli binalarında və kotteclərində hiss olunub.

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az